“Sumqayıt” klubunun iki futbolçusu U-16 millisinə dəvət alıb. Bu haqda 4 avqust tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycanın 16 yaşadək oyunçulardan ibarət yığması avqustun 6-dan 11-ə qədər Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Heyətdə “kimyaçılar”ı təmsil edən Vüsal Paşayev və Nadir Orucov da olacaq.