"Sumqayıt" klubunun futbolçusu Ronaldo Vaskez, çıxış etdiyi Dominikan Respublikası millisi ilə Puerto Riko arasında yoldaşlıq oyunu keçirib.
Sumqayit24.az xəbər verir ki, qarşılaşmaya ehtiyatda başlayan 26 yaşlı yarımmüdafiəçi ikinci hissədə meydana daxil olub və 1 qol vurmağa müvəffəq olub. Matç 2:2 hesabı ilə heç-heçə başa çatıb.
Qeyd edək ki, komandalar martın 26-da da üz-üzə gələcək.