"Sumqayıt" sonuncu yoxlama oyununa çıxıb. Sumqayıt24 bu haqda 27 iyul tarixində xəbər verir.
Yeni mövsümə Türkiyənin Ərzurum şəhərində hazırlaşan klub "Ərzurumspor"la qarşılaşıb. Oyun "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda keçirilib. I Liqada çıxış edən "Ərzurumspor" 4:3 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt"ın hər üç qolunu yeni transfer Erik Sorqa vurub.