Sumqayıt idmançısı beynəlxalq turnirdə medal qazanıb.
Sumqayıt24 xəbər verir ki, Perunun paytaxtı Limada yeniyetmələr arasında dünya çempionatı keçirilir. 55 kq çəki dərəcəsində çıxış edən idmançımız Nihad Məmişov finalda Monqolustan təmsilçisi Batbilegi ipponla məğlub edərək ikinci dəfə dünya çempionu olub.
Məmişovun bu uğuru Azərbaycanı medal cədvəlində ikinci yerə yüksəldib.