Çinin Çenqdu şəhərində Universiada yarışları keçiriləcək. Sumqayıt24 bu haqda 20 iyul tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Birincilikdə Azərbaycan komandasının bayraqdarları müəyyənləşib. Millimizin qadın bayraqdarı cüdo üzrə yığma komandanın üzvü, Sumqayıt idmançısı Gültac Məmmədəliyeva olacaq.