Abşeron Olimpiya İdman Kompleksinin açıq birinciliyi keçirilib. Sumqayıt24 bu haqda 4 oktyabr tarixində xəbər verir.
Yarışda 250 kiçikyaşlı üzgüçü iştirak edib. Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçiləri İdris Yusifov və Əsmər Abdulovanın tələbələri yüksək nəticə göstəriblər.
Belə ki, Nərmin Ramazanova 1-ci və 2-ci yer, Nihad Abdullayev 2-ci və 3 cü yer, Məryəm Bayramlı 2-ci və 3-cü yer, Emin Əlizadə və Ayxan Gülməmmədli 2-ci yer, Kamil Əsgərli və Leyla Həsənli isə 3-cü yerləri tutublar.
İdmançılara medallar və diplomlar təqdim olunub.