Yunan-Roma güləşçilərimiz Qazaxıstanda keçirilən turnirdən medallarla dönüblər. Bu barədə 23 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Aktobe şəhərində baş tutan yarış Esenkeldı Batırqarinin xatirəsinə həsr edilib. Titullar uğrunda mübarizə Azərbaycan, Qazaxıstan və Qırğızıstan idmançıları arasında keçirilib. Sumqayıtlı pəhləvanlar burada öz sözlərini deyiblər.
Belə ki, Səid Axundzadə (82 kq) 1-ci, Elvin İbadov (60 kq), Fərid Xəlilov (67 kq), Təvvəkül Həziyev (67kq) və Rəvan Nuriyev (72 kq) 3-cü yerləri tutublar.
Onların məşqçiləri Elnur Ismayılov və Sədi Quliyevdir.