Sumqayıtlı şagird çimərlik futbolu üzrə Azərbaycan çempionatının ikincisi olub. Bu haqda Sumqayıt24 25 iyul tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi AliKamal Əsədbəyli U-10 uşaqlar arasında təşkil olunan yarışda 2-ci yerə layiq görülüb. O, həmçinin çempionatın ən məhsuldar oyunçusu seçilib.