Şahmatçımız “Norway Chess”-də ikinci qələbəsini qazanıb. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Norveçin Stavanger şəhərində təşkil olunan yarışda təmsilçimiz Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalov ilə qarşılaşmadan üstün ayrılıb. Hazırda 3 turdan sonra onun hesabında 4 xal var.
Qeyd edək ki, “Norway Chess” turniri iyunun 10-dək davam edəcək.