Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Sumqayıt24 xəbər verir ki, bu gün keçiriləcək IX turun oyunlarında Azərbaycanın kişilərdən ibarət yığması Yunanıstanla üz-üzə gələcək. Komanda hazırda 11 xalla 20-ci pillədə qərarlaşıb. Hindistan 16 xalla liderdir. Özbəkistan və Macarıstanın hərəyə 14 xalı var.
Qadınlardan ibarət yığmamız isə İsveçrə il qarşılaşacaq. 11 xal toplayan milli 20-ci sıradadır. Hindistan, Polşa və Qazaxıstan 14 xala malikdirlər.
Qeyd edək ki, kişilərdən ibarət millidə sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarov, qadınlardan ibarət kollektivdə isə şahmatçılarımız - Günay Məmmədzadə və Gövhər Beydullayeva yer alıblar.