Veteran cüdoçularımız Dünya çempionatına yollanırlar. Bu barədə 6 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Yarış 8-11 sentyabr tarixlərində Polşanın Krakov şəhərində baş tutacaq. Burada 59 ölkədən 901 idmançı iştirak edəcək. Azərbaycanı təmsil edənlər arasında usta idmançı Fərhad Rəcəbli (-90 kq) də var.
Qeyd edək ki, Fərhad Rəcəbli həm də komandanın baş məşqçisidir.