Sumqayıtda “Üzgüçülük hamı üçün” yarışı keçiriləcək. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Türkdilli dövlətlər arasında keçiriləcək turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən təşkil olunub. Yarış dekabrın 23-də Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
9 yaşdan yuxarı hər kəs turnirə qatıla bilər. Qeydiyyat swimming.smartscoring.com saytı vasitəsilə 20 dekabr tarixinədək aparılacaq.