Premyer Liqada ikinci dövrəyə start veriləcək. Sumqayıt24 bu haqda 19 oktyabr tarixində xəbər verir.
Yaranmış fasilə ən çox “Sumqayıt”ın işinə yarayıb. “Kəpəz”lə oyunu buraxan qapıçı Mehdi Cənnətov “Sabah”la görüşə hazırdır. Kristian Velinovskinin də zədəsi sağalıb. Lakin o, hazırda fərdi məşqlərlə kifayətlənir. Kristian, böyük ehtimalla, qarşılaşmanı buraxacaq.
Milli komandalarda olan Kasimir Ninqa düşərgəyə qayıdıb, Erik Sorqa və İsa Suliman isə bu gün kollektivə qoşulacaqlar.