Sumqayıt idmançısı beynəlxalq turnirdə iştirak edib. Bu haqda 4 iyul tarixində Sumqayıt24 xəbər verir.
Olimpiya çempionu Hüseyn Ozkanın xatirəsinə həsr olunmuş turnir Türkiyənin Kocaeli şəhərində keçirilib. 73 kq çəki dərəcəsində mübarizə aparan Sumqayıt məktəbinin yetirməsi Raul İmanov yarışda 2-ci yeri tutub. O, medal və diplomla təltif edilib.
Turnirə 1000-dən çox idmançı qatılıb.