Sumqayıt futbolçuları yoldaşlıq oyununa qatılıblar. Bu haqda 5 avqust tarixində Sumqayıt24 məlumat verir.
Matçlar Sumqayıt şəhərinin və Şabran rayonunun yeniyetmə futbolçuları (2009-2010, 2011-2012 və 2013-2014-cü il təvəllüdlülər) arasında keçirilib. İdmançıların asudə vaxtını səmərəli təşkil etmək məqsədilə keçirilən oyunlar Şabran şəhər "Bayraq Meydanı"nda baş tutub.
Tədbir Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə həyata keçirilib.