Sumqayıt voleybol məktəbinin yetirməsi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edib. Bu haqda 18 dekabr tarixində Sumqayıt24 xəbər verir.
18 yaşadək voleybolçu oğlanlar arasında təşkil olunan çempionat Gürcüstanın Telavi şəhərində baş tutub. Yığma komandanın tərkibində idmançımız Rəvan Qəhrəmanlı çıxış edib. O, yarışın ən yaxşı setteri (pas verən oyunçusu) seçilib.