Novxanıda yerləşən “Yuxu” kafesində şahmat üzrə turnir keçiriləcək. Bu haqda 4 avqust tarixində Sumqayıt24 xəbər verir.
Yarış 6 avqust saat 18:00-da baş tutacaq. Qeydiyyat əsasında keçiriləcək turnirə giriş 5 manat (limitsiz çay, şirniyyat, kofe və oyunlar) təşkil edir. İştirakçıların sayı 10 nəfəri keçdiyi halda qalib şəxs 25 AZN dəyərində mükafatlandırılacaq.