Sumqayıt və Şabran şəhər komandaları arasında minifutbol üzrə yoldaşlıq oyunları keçirilib. Bu haqda 9 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Oyunlar 8 Noyabr – Zəfər Gününə həsr olunub. Şabranın "Bayraq meydanı" stadionunda keçirilən qarşılaşmalar U-10, U-11, U-12 və U-13 yaş kateqoriyalarından olan yeniyetmələr arasında təşkil olunub.
İdman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 60 nəfər həvəskar idmançı qatılıblar.