top
Novxanı çimərliyində bibisi oğlunu boğan şəxsə hökm oxunub
06 iyul 2023, 02:46
- ↺ +

Novxanı çimərliyində bibisi oğlunu boğan şəxsə hökm oxunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

11 il öncə bibisi oğlunu öldürən şəxsin məhkəmə prosesi yekunlaşıb. Sumqayıt24 bu haqda 6 iyul tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Fuad Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2012-ci ilin yayında baş verib. Fuad cinayəti 10 il sonra, yəni ötən il etiraf edib. Buna qədər isə onun bibisi oğlu Ceyhun Bayramovun Novxanı çimərliyində suda boğulduğu ehtimal olunub.

Cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19 iyun 2014-cü il tarixli qərarla dayandırılıb.

Lakin görülən istintaq-əməliyyat tədbirləri ilə törədilmiş cinayətin üstü ötən il açılıb və Ceyhun Bayramovu dayısı oğlu Fuad Qasımovun qəsdən öldürməsi müəyyən edilib. Fuad Qasımov 2022-ci ilin fevralında Abşeron rayon prokurorluğunda dindirilib və qohumunu dənizdə çimərkən boğduğunu etiraf edib.

Cinayətə səbəb isə xoşagəlməz zarafat nəticəsində yaranan mübahisə olub.

Təqsirləndirilən şəxs məhkəmədə zarafatın məğzini xatırlamadığını bildirib. Onun sözlərinə görə, dostu və bibisi oğlu ilə birlikdə dənizə girib. Dostu az sonra sudan çıxsa da, Ceyhunla Fuad dənizdə qalıblar.

Fuad həmin vaxt sahildə aralarında olan mübahisə barədə söhbət etdikdən sonra hirslənib və hər iki əli ilə onun çiyinlərindən tutaraq suyun altına salıb. Nəticədə suyun altında çırpınan Ceyhun boğularaq ölüb.

Fuad içkili olduğunu, həmin vaxt zarafatın ona pis təsir etdiyini və buna görə özünü itirdiyini söyləyib.

Cinayətdən sonra Fuad dənizin dərin hissəsinə gedərək səs-küy qoparıb və bibisi oğlunun suda batdığını deyib. Onun səsinə sahildə xidmət edən FHN-in xilasedicisi yaxınlaşıb. 10 dəqiqə sonra isə Ceyhunun cansız bədəni sudan çıxarılıb.

Fuad Qasımov 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, vicdan əzabı çəkdiyini, etirafı da buna görə etdiyini bildirib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
07 noyabr 2026, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Oxşar xəbərlər