Sumqayıt sakininin bank hesabından 1000 ABŞ dolları oğurlanıb. Sumqayıt24 bu haqda 20 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Cinayət əməlində şübhəli bilinən Abşeron rayon sakini Şahin Müslümoğlu saxlanılıb. Araşdırma aparılır.