Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt sakini Ümid Əhmədov tutulub. Sumqayıt24 bu haqda 11 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Ondan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri götürülüb. Bakı şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də aşkarlanıb.
Araşdırma aparılır.