Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Taleh Mehdiyev saxlanılıb. Sumqayıt24 bu haqda 9 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
1-ci Polis Bölməsi əməkdaşları tərəfindən onun üzərində keçirilən şəxsi axtarış zamanı heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun yanvarın 3-də H.Z. Tağıyev qəsəbəsi ərazisində sərnişin kimi əyləşdiyi “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib pulunu talaması da müəyyən olunub.