Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıl ailələrinə sovqatlar verilib. Bu haqda 27 iyun tarixində Sumqayıt24 QAC-yə istinadən məlumat verir.
Qurban bayramı ərəfəsində QAC və “SOCAR Polymer” MMC-nin birgə əməkdaşlığı ilə ahıllara bayram sovqatları və qurban əti paylanılıb. Daha sonra yataq xəstələri evlərində ziyarət olunaraq, onlara Qurban payı təqdim olunub.
Bayram qutularının paylanılmasında bölmə könüllüləri fəal iştirak ediblər. Ümumilikdə “SOCAR Polymer” MMC tərəfindən 100 ailə bayram sovqatları və Qurban payı ilə sevindirilib.