Sumqayıt Kimya Sənaye Parkının rezident sayı 9-a çatıb. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 iqtisadiyyat naziri Mikayıl Cabbarovun Facebook hesabına istinadən məlumat verir.
Yeni rezident statusu "Bakı Karton və Qutu Fabriki" MMC-yə verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materiallarının və aqrosənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq.
İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.