Sumqayıtın ən yaşlı sakinlərindən biri səs verib. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
Söhbət 114 yaşlı Məstan Əsədovadan gedir. O, yaşına baxmayaraq, növbədənkənar prezident seçkilərinə qatılaraq öz səsini verib.
Qeyd edək ki, Məstan nənə 1910-cu ildə Qubadlının Qaraqoyunlu kəndində anadan olub.