Sumqayıtda “Karyera Forumu” yekunlaşıb. Sumqayıt24 bu haqda 10 yanvar tarixində xəbər verir.
Naidə Pirverdiyeva ilə birlikdə 140 gənc “Karyera Planlaması” mövzusunu öyrənib və müzakirə edib. Forum sual-cavab sessiyası ilə bitib.
Qeyd edək ki, proqram Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.