Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 21 aztəminatlı ailə sevindirilib. Bu haqda 10 fevral tarixində Sumqayıt24 xəbər verir.
Adının hallandırılmasını istəməyən xeyriyyəçi tərəfindən ailələrə ərzaq sovqatları paylanılıb. Paylardan yararlanan ailələr daima onları diqqətdə saxlayan xeyirxah insana öz xeyir-dualarını bildirib.