Sumqayıtda təhsil müəssisəsinin direktoru işdən kənarlaşdırılıb. Bu haqda 15 may tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, 24 nömrəli məktəbin direktoru Nəsibə Cabbarova vəzifəsindən azad olunub.
Digər əmrlə bu vəzifəyə direktor müavini Vüsalə Bafayeva təyin olunub.