Sumqayıtda gənc canına qıymaq istəyib. Sumqayıt24 bu haqda 22 iyun tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə iyunun 21-də “Xəzər bağları”nda baş verib. Qubadlı rayon sakini, 26 yaşlı Kənan Kazımlı özünü dənizə atıb. Ərazidə xidmət aparan polis əməkdaşları onu xilas ediblər.
Araşdırma aparılır.