Binəqədi rayonunda mebel sexində baş vermiş partlayış nəticəsində dünyasını dəyişən qazi Adil Rüstəmovun yas mərasimi keçiriləcək. Bu haqda 22 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 25 yanvar Sumqayıtda yerləşən “Zəngəzur” mərasim evində baş tutacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Adil Aydın oğlu Rüstəmov 18 sentyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Bolnisi rayonunun Saraçlı kəndindəndir.
O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətlə savaşıb.