Sumqayıt Perinatal Mərkəzində mürəkkəb əməliyyat həyata keçirilib. Bu haqda 31 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Yüksək risk qrupuna daxil olan 28 yaşlı 30 həftəlik hamilə qadında vaxtından əvvəl doğuş təhlükəsi müşahidə olunub. Qadına uşaqlıqda çapıq, cift gəlişi, ciftin həqiqi bitişməsi diaqnozları qoyulub.
Pasiyent üzərində qeysəriyyə kəsiyi və subtotal histerektomiya cərrahi əməliyyatını Sumqayıt Tibb Mərkəzinin həkim-cərrahı Elvin Mirzəyev uğurla icra edib.
Hazırda zahı qadının vəziyyəti qənaətbəxşdir, 1500 qram çəkidə olan uşağın vəziyyəti stabildir.