Sumqayıtda qadın itkin düşüb. Sumqayıt24 bu haqda 20 iyun tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
Hadisə 12-ci mikrorayonda qeydə alınıb. 53 yaşlı şəhər sakini Məlahət Ağayeva yaşadığı evdən çıxıb gedib və geri dönməyib.
Polis faktla bağlı məlumatlandırılıb.