Sumqayıtda marşrut avtobusu “sökülüb-tökülür”. Sumqayıt24 bu haqda 2 noyabr tarixində xəbər verir.
İnsanlar 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun vəziyyətindən şikayətlənirlər. Nəqliyyat vasitəsinin qapısının altında böyük dəlik yaranıb. Sərnişinlər döşəmənin çökəcəyindən qorxurlar:
“Boşluq o qədər böyükdür ki, içinə uşaqların ayaqları düşə bilər, zədələnə bilərlər. Həm də ona görə avtobusun döşəməsi ağırlığa dözməyib, daha da dağıla bilər”.