M. Müşfiq adına 34 nömrəli tam orta məktəbin şagirdi Beynəlxalq Riyaziyyat Olimpiadasına qatılacaq. Bu haqda 7 fevral tarixində Sumqayıt24 xəbər verir.
Xəbər verdiyimiz kimi, müxtəlif olimpiadalarda 50-yə yaxın qələbə qazanan 3-cü sinif şagirdi Fərid Babayev Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb. Fərid maddi dəstəyin olacağı təqdirdə ölkəmizi bu yarışda təmsil edəcəkdi.
Atası Elnur Babayevin paylaşdığı məlumata görə, artıq Azərbaycan Beynəlxalq Bankı (ABB) yarışda iştirak xərclərini öz üzərinə götürüb.