Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutmuş açılış matçından sonra antisanitariya vəziyyəti yaranıb. Bu haqda 5 fevral tarixində Sumqayıt24 xəbər verir.
Yenidənqurmadan sonra ilk matçın keçirildiyi stadionda tribunalarda kifayət qədər zir-zibil müşahidə olunub. Bəzi azarkeşlər boş su butulkalarını, günəbaxan tumlarını, çipsləri və istifadə etdikləri gigiyenik vasitələri oturacaqların ətrafında qoyaraq gediblər.
Qeyd edək ki, qarşılaşmanı rekord sayda – 8100 azarkeş izləyib.