Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sumqayıt şəhərində qəbul keçirib. Sumqayıt24 bu haqda 23 iyun tarixində “Azərsu” ASC-yə istinadən xəbər verir.
Heydər Əliyev mərkəzində baş tutan görüşdə Sumqayıt şəhəri, Qubadlı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. Onların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.
Sədr Zaur Mikayılov qaldırılan məsələlərin qısa müddətdə çozülməsi üçün tapşırıqlar verib. Müraciətlər, əsasən, su və kanalizasiya xətlərinin çəkilməsi, yeni sayğacların quraşdırılması, dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşların problemlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.