Sumqayıt Dövlət Universitetində (SDU) dəyirmi masa keçiriləcək. Mövzu “Elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar” olacaq. Sumqayıt24 bu haqda 17 fevral tarixində xəbər verir.
Tədbir 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilir. Dəyirmi masa ətrafında Azərbaycan dili dərslik layihəsinin rəhbəri Rafiq İsmayılov, ARTİ Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, ARTİ-nin Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanalıyeva, Sumqayıt şəhər 29 nömrəli məktəbinin müəllimi, 2014-2015-ci tədris ilinin “Ən yaxşı müəllim”i seçilmiş Xəyalə Quliyeva toplaşacaqlar.
Görüş 21 fevral saat 11:00-da universitetin Heydər Əliyev Mərkəzində başlayacaq.