Sumqayıtda insanın immunçatışmazlığı virusuna (İİV) görə müayinələr aparılıb. Sumqayıt24 bu haqda 18 yanvar tarixində xəbər verir.
QİÇS ilə Mübarizə Mərkəzinin Sumqayıt regional laboratoriyasının həkim briqadası “ASAN xidmət” mərkəzində müayinələr götürüb, maarifləndirmə işi aparıb.
Təcrübəli həkimlər iştirakçılara xəstəliyin yoluxma yolları, müayinə və müalicəsindən danışıblar. Onlara İİV/QİÇS-yə aid broşürlər və bukletlər paylanılıb.