2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində master-klas baş tutub. Bu haqda 20 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Ustad dərsi 20 oktyabr - Beynəlxalq Kulinariya Günü ilə əlaqədar olaraq könüllülərin təşəbbüsü ilə həyata keçirilib.
Şəhid övladları ilə birlikdə baş tutan master-klasda müxtəlif növ yeməklər və şirniyyatlar hazırlanıb.
Sonda iştirak edən hər kəsə hədiyyələr təqdim edilib.