Sumqayıt məktəbliləri IV Azərbaycan Astronomiya Olimpiadasında uğur qazanıblar. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Birincilik ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib. Təşkilat Komitəsinin qərarına əsasən, 23 nömrəli məktəbin IX sinif şagirdi Tuncay Əmiraslanlı birinci, Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Bəxtiyar Ağayev isə ikinci yeri tutublar.
Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaqlar. Onlar bu il Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Dərslər Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən keçiriləcək.