“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. Sumqayıt24 bu haqda 10 may tarixində xəbər verir.
Hadisə 9-cu mikrorayonda baş verib. Qurumun elektriki, Sumqayıt sakini, 36 yaşlı Elçin Quliyevi cərəyan iş vaxtı vurub. O, termik yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.