Bakı-Pirşağı-Sumqayıt istiqamətində sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilib. Bu haqda 1 iyul tarixində Sumqayıt24 “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
3 iyuldan etibarən Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 22:45-də yola düşən sonuncu qatarın hərəkət qrafiki dəyişilib. Müvafiq istiqamət üzrə qatar yenilənmiş cədvələ əsasən, saat 23:45-də yola düşəcək.
Bununla yanaşı, həftəiçi Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə saat 13:30-da, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə saat 14:30-da hərəkətdə olan reyslər həftəsonları və qeyri-iş günlərində də eyni saatlarda hərəkətdə olacaq.