Bakı-Sumqayıt yolunda daha bir qəza baş verib. Bu haqda 19 avqust tarixində Sumqayıt24 Unikal.az-a istinadən məlumat verir.
Hadisə magistral yolun “Gənclər şəhərciyi”ndən keçən hissəsində qeydə alınıb. “Kia” markalı avtomobil yol kənarındakı dəmir maneəyə çarpılaraq aşıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.