G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən “BakıKart”ın ödəmə terminallarının ünvanları açıqlanıb. Bu haqda 22 yanvar tarixində Sumqayıt24 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Sərnişinlər kartın balansını artırmaq üçün aşağıda qeyd olunan ünvanlara yaxınlaşa bilərlər:
- Sumqayıt Avtovağzalı;
- Sumqayıt stansiyası, “AL market”;
- “Araz supermarket”;
- 5-ci mikrorayon, Nərimanov küçəsi;
- “Sumqayıt Plaza”nın yanı;
- Bakı-Sumqayıt şosesi, “Araz superstore”;
- “Bağça şəhəri” yaşayış kompleksi;
- “Kapital bank” (Fərhad Fərhadlı filialı);
- Ceyranbatan qəsəbəsi, “Ən ucuz” marketi.
Həmçinin metro və avtobusdan istifadə edən zaman “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlər etmək mümkündür.
Xatırladaq ki, xəttə yeni buraxılmış Bakı-Sumqayıt ekspres marşrut avtobuslarında ödəniş “BakıKart” vasitəsilə həyata keçirilir.