Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edib. Sumqayıt24 bu haqda 3 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
İcra orqanı yerli şirkət “Mirlər MM” MMC-dən şikayətçidir. İddiaya Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Fərman Həmidlinin icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsinə dair mübahisələrdir. Məlumata görə, şirkət torpaq sahəsi icarəyə götürüb. Bələdiyyə “Mirlər MM” MMC-nin müqavilə öhdəliklərinə əməl etmədiyini düşünür. Buna görə məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.