Sumqayıt Bələdiyyəsi və sakin arasında anlaşılmazlıq yaşanıb. Bu barədə 24 iyun tarixində Sumqayıt24 xəbər verir.
Qurum yeni özəlləşdirilən mənzil üçün əmlak vergisi tələbi ilə ona 4942 manatlıq bildiriş göndərib. Vətəndaş isə evin cəmi 2 aydır özəlləşdirildiyini qeyd edib və öz etirazını bildirib.
Sumqayıt Bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə Den.az-a bildirib ki, vətəndaşa göndərilən bildirişdə texniki səhvə yol verilib. Ümumiyyətlə, əmkak vergisi aylıq deyil, illik hesablanır. Bu bildirişdə isə illik olaraq 49 manat 42 qəpik (49.42 manat) nəzərdə tutulduğu halda məbləğ səhv qeyd edilib.