Sumqayıtda itkin düşmüş hesab olunan şəhidin dəfn mərasimi baş tutub. Bu haqda 28 iyun tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Bakıdakı I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadovun nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə şəhidin doğmaları, Sumqayıt ŞİH-nin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
E. Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.