Sumqayıtda şəhid dəfn edilib. Sumqayıt24 bu haqda 21 may tarixində Report.az-a istinadən xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Məmmədovla vida mərasimi keçirilib. Onun nəşi Sumqayıt Şəhidlər xiyabanına gətirilib və torpağa tapşırılıb.
Mərasimdə şəhidin doğmaları, Zəngilan rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.