Qida təhlükəsizliyi müfəttişləri Novxanı qəsəbəsində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsində yoxlama keçiriblər. Bu haqda 12 sentyabr tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
Yoxlama zamanı H.Əliyev prospektində yerləşən “Bizim Kənd” ət satışı mağazasında nöqsanlar tapılıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati protokol tərtib edilib.