Bu gün Sumqayıt Tibb Mərkəzinin (STM) növbəti canlı yayımı keçiriləcək. Bu haqda 22 fevral tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Efir saat 14:00-da mərkəzin Youtube kanalı üzərindən olacaq. Qonaq qismində 1 nömrəli Xəstəxananın Nefrologiya şöbəsinin müdiri, həkim-nefroloq Ceyhun Süleymanov olacaq. C. Süleymanov böyrək xəstəliklərinə multidisiplinar yanaşmadan danışacaq.
Mövzu ilə bağlı sualları şərh bölməsində yazmaq mümkündür.